Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.


Moderator.az xəbər verir ki, ilk finalçının adına “Zirə” -“Turan Tovuz” qarşılaşmasında aydınlıq gələcək.






Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyunu Əli Əliyev idarə edəcək. Komandalar arasında baş tutan ilk görüş “qartallar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Azərbaycan Kuboku

1/2 final cavab oyunu

21 aprel


19:00. “Zirə” – “Turan Tovuz”

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli

İlk oyun – 2:0

Zirə İdman Kompleksinin stadionu


Qeyd edək ki, ikinci finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.