"Metro stansiyalarına gələn gərginlik xəttində baş vermiş qısaqapanma zamanı hər hansısa yanğın və ya partlayış qeydə alınmayıb".


 






Moderator.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.


 


O bildirib ki, hadisə zamanı metropolitenin bütün mühafizə sistemi işlək vəziyyətdə olduğundan onlar işə düşüb:


 


"Bütün mühafizə sistemləri dərhal işə düşüb və ona görə də hər hansısa bir yanğın və ya digər hadisə baş verməyib".