Bu gün Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin növbəti cavab oyunu keçiriləcək.


Moderator.az xəbər verir ki, növbəti finalçının adına “Sabah” – “Qarabağ” qarşılaşmasında aydınlıq gələcək.






“Bank Respublika Arena”da baş tutacaq oyun saat 20:00-da start götürəcək. Komandalar arasında keçirilən ilk görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.


Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunları

22 aprel


20:00. “Sabah” – “Qarabağ”


(ilk oyun - 2:2)


Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirməmməd Məmmədov, Kamal Umudlu.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.


“Bank Respublika Arena”.


Qeyd edək ki, yarımfinalın digər cütündə “Zirə” ilk oyunda qazandığı 2:0 hesablı qələbə sayəsində “Turan Tovuz”u üstələyərək finala yüksəlib.