Ultra-ortodoks yəhudi etirazçılar İsrailin yaranmasının 78-ci ildönümü münasibətilə aprelin 22-də Qərbi Qüdsün Mea Şearim məhəlləsində İsrail bayraqlarını yandırıb və anti-sionist pankartlar qaldırıblar. 


Moderator.az xəbər verir ki, bu haqda "Əl-Cəzirə" kanalı məlumat yayıb.






Xatırladaq ki, Müstəqillik Günü İsrailin əsas dövlət bayramıdır.


Müstəqil yəhudi dövləti BMT-nin Fələstinin bölünməsinə dair planına müvafiq olaraq 1948-ci ildə elan edilmişdir.


Dünən - aprelin 22-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailinin Müstəqillik Gününü təbrik edib.


Bu barədə nazirliyin “X” sosial media hesabında post paylaşılıb.


“İsrailin 78-ci Müstəqillik Günü münasibətilə İsrail hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik. Müstəqillik Günün mübarək olsun, İsrail!” – paylaşımda qeyd olunub.



S.Laçın