ABŞ ordusu Hind-Sakit okean komandanlığının (INDOPACOM) məsuliyyət zonasında "Majestic X" tankerini ələ keçirib.


Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) sosial şəbəkə hesabında açıqlama yayıb.






Məlumata görə, gecə saatlarında Hind okeanında saxlanılan gəmi İrandan neft daşıyırmış və ABŞ-nin sanksiyaları altında olub.


Qeyd edilir ki, bayraqsız üzən tankerdə yoxlama əməliyyatı həyata keçirilib.