Son illərdə demensiyadan (yaddaşın itirilməsi) əziyyət çəkən əfsanəvi Hollivud aktyoru Cek Nikolson ictimaiyyət qarşısına nadir çıxışı ilə pərəstişkarlarını sevindirib.


Bu barədə Moderator.az KP.ru-ya istinadən xəbər verir.






Məlumata görə, aktyorun bir gün əvvəl 89 yaşı tamam olub. Dünyanın hər yerindən fanatları ona təbriklər ünvanlayıblar.


Cek Nikolson əsa ilə gəzməyinə baxmayaraq, gümrah və yaxşı əhval-ruhiyyədə görünüb. Hollivud ulduzu ətrafındakılarla söhbət edib, hotelin qarşısında toplaşan pərəstişkarlarına gülümsəyib və həvəslə avtoqraf verib.


Onun ictimaiyyət arasına çıxmasının videosu sürətlə sosial şəbəkələrdə yayılıb.