Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzvlər seçilib - SİYAHI
24 Apr 2026, 15:47 3 baxış 3 dəq oxuma
Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) rəhbərliyində bir sıra dəyişikliklər olub.
Moderator.az "Yeni sabah"a istinadla xəbər verir ki, qurumun İdarə Heyəti (İH) üzvlərinin sayı 29-dan 31-ə qaldırılıb.
Köhnə İH-dən üç nəfər vəzifəsindən azad olunub. Bunlar "Kitab" Cəmiyyəti İdarə Heyətinin sədri Zərifə Salahova, akademik Yaqub Mahmudov və İsmayıllı Rayon Ağsaqqallar Şurasının üzvü Qriqori Smirnovdur. Bundan başqa, ötən ay dünyasını dəyişən Xalq artisti Rasim Balayevin adı siyahıdan çıxarılıb.
Ötən gün keçirilən qurultayda Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinə yeddi yeni üzv seçilib. Bunlar aşağıdakılardır:
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova;
- Dövlət Dəniz Akademiyasının sabiq rektoru, keçmiş kənd təsərrüfatı naziri, Milli Məclisin deputatı Heydər Əsədov;
- Azərbaycanın Türkmənistan və Əfqanıstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov;
- Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri, Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü Milix Yevdayev;
- "İçərişəhər" Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Sara Xanlarova;
- Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov;
- Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Akif Əlizadə.
Ağsaqqallar Şurasının İdarə Heyətinin yeni üzvlərinin tam siyahısını təqdim edirik: