ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Pentaqon binasının yaxınlığında iki avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 23 nəfər xəsarət alıb.


Moderator.az bu barədə "Fox News"a istinadən xəbər verir.






Məlumata görə, xəsarət alanlardan azı 10-u Amerika müdafiə idarəsinin əməkdaşıdır.


Təcili yardım briqadaları 18 nəfəri tibb müəssisələrinə çatdırıb, daha beş nəfər isə lazımi tibbi yardımı birbaşa qəza yerində alıb.


Pentaqonun hüquq-mühafizə orqanları hadisə faktını təsdiqləyib və idarənin yaxınlığında yerləşən nəqliyyat qovşağının və metro stansiyasının tamamilə bağlandığını elan edib.