Moderator.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Günün ilk qarşılaşmasında "İmişli" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. "İmişli" klubu 28 turdan sonra 29 xalla doqquzuncu, "Sumqayıt" isə 35 xalla yeddinci yerdə qərarlaşıblar.
Günün digər qarşılaşmasında isə liqada qalmaq uğrunda mübarizə aparan "Qəbələ" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək bu maraqlı qarşılaşma saat 18:30-da başlayacaq. Qəbələ təmsilçisi 19 xalla turnir cədvəlində 11-ci, naxçıvanlılar isə 39 xalla altıncı yerdədirlər.
Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq.
25 aprel
16:00. "İmişli" - "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov;
VAR: Elvin Bayramov;
AVAR: Müslüm Əliyev;
Hakim-inspektor: Anar Salmanov;
AFFA nümayəndəsi: Eldar Məmmədov;
Quba OİK stadionu.
18:30. "Qəbələ" - "Araz-Naxçıvan"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev;
VAR: Vüqar Həsənli;
AVAR: Əkbər Əhmədov;
Hakim-inspektor: Orxan Məmmədov;
AFFA nümayəndəsi: Elçin Məmmədov;
Qəbələ şəhər stadionu.