Azərbaycanın U-20 millisi Qəbələdə təlim-məşq toplanışını davam etdirir - FOTO
25 Apr 2026, 11:42 4 baxış 1 dəq oxuma
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdə təlim-məşq toplanışı davam edir.
Moderator.az xəbər verir ki, hazırlıq prosesi Qəbələ şəhər stadionunda təşkil olunur.
Oyunçular portuqaliyalı baş məşqçi Ruy Jorjenin rəhbərliyi ilə müxtəlif təmrinləri yerinə yetirirlər.
Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.