Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.


Moderator.az xəbər verir ki, günün ikinci matçında şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edib.






Qəbələ şəhər stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.


76-cı dəqiqədə qonaqların futbolçusu Ömər Buludov avtoqol müəllifi olub. 83-cü dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.


Bu nəticədən sonra Naxçıvan klubu 40 xalla altıncı, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib.


Tura aprelin 27-də yekun vurulacaq.