İngiltərə Premyer Liqasının 34-cü turunda "Arsenal" evdə "Nyukasl Yunayted" üzərində 1:0 hesablı qələbə qazanıb.


Moderator.az xəbər verir ki, qarşılaşma Londonun "Emireyts" stadionunda keçirilib.






Matçın yeganə qolunu 9-cu dəqiqədə Ebereçi Eze vurub.


Bu nəticədən sonra "Arsenal" 73 xalla turnir cədvəlinin lideridir. "Nyukasl Yunayted" isə 42 xalla 14-cü pillədə qərarlaşıb.


Növbəti turda "Arsenal" "Fulhem", "Nyukasl Yunayted" isə "Brayton end Houv Albion"la qarşılaşacaq.