Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı.


Moderator.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "X"-də paylaşımında bildirib.








“Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, - deyə dövlət başçısı vurğulayıb.