Xəzər dənizində zəlzələ baş verib.


Bu barədə Moderator.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.






Bildirilib ki, yerli vaxtla saat 11:36-da qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.


Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.


Qeyd edək ki, bu ay Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, Xəzərdə aprelin 23-də də zəlzələ olub.