Ağcabədidə 2 nəfərin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB
27 Apr 2026, 12:19 4 baxış 2 dəq oxuma
Aprelin 26-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağcabədi rayon prokurorluğundan Moderator.az-a bildirilib ki, ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq və Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
11:52
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.
Moderator.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Şaiq Telman oğlu Mamedov, 1989-cu il təvəllüdlü Həsən Teymurxan oğlu Mamedov aldıqları bıçaq xəsarətlərindən həyatlarını itiriblər.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, Arazbar kənd sakini 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.