Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.


Moderator.az xəbər verir ki, ilk oyun günündə PSJ öz meydanında "Bavariya"nı qəbul edəcək.






Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da çalınacaq.


Yarımfinalın digər oyunu isə sabah keçiriləcək. "Atletiko Madrid" doğma meydanda "Arsenal"ı qəbul edəcək.


28 aprel


UEFA Çempionlar Liqası


Yarımfinal


23:00, PSJ - "Bavariya"


Qeyd edək ki, yarımfinal qarşılaşmalarının cavab oyunları mayın 5-i və 6-da keçiriləcək.