Bir sıra ölkələrdə "Spotify" striminq xidmətində nasazlıq müşahidə olunur.


Moderator.az bildirir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilir.






Məlumata görə, istifadəçilərin 58%-i tətbiqin işindən, 23%-i audionun axın şəklində ötürülməsində çətinliklərdən, daha 11%-i isə qoşulmada fasilələrdən şikayətlənir.


ABŞ-də 3,3 mindən çox istifadəçi işdə pozuntular barədə məlumat verib. Həmçinin Böyük Britaniya, Almaniya, İtaliya və Kanadada da nasazlıqlar qeydə alınır.