Hindistanda Narmad çayının Barqi bəndi su anbarında gəzinti katerinin qəzaya uğraması nəticəsində altı nəfər ölüb.


Moderator.az-ın Hindistan mediasına istinadən məlumatına görə, hadisə qəfil fırtına səbəbindən baş verib.






Qeyd olunur ki, katerdə 31 nəfər olub, onlardan azı 15-i xilas edilib.


Xilasetmə əməliyyatı gücləndirilmiş səviyyədə davam edir, hakimiyyət orqanları zərərçəkənlərə zəruri yardım göstərirlər.