Moderator.az xəbər verir ki, "Braqa" "Frayburq"u, "Nottingem Forest" isə "Aston Villa"nı qəbul edib.
İngiltərənin iki təmsilçisinin görüşünün taleyini bir qol həll edib. Kris Vudun 71-ci dəqiqədə penaltidən vurduğu qol "Nottingem Forest"ə qələbə qazandırıb.
"Braqa" - "Frayburq" oyununda 2:1 hesabı qeydə alınıb. Portuqaliya təmsilçisi əlavə edilmiş dəqiqələrdə fərqlənərək rəqibini üstələyə bilib.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları isə mayın 7-də keçiriləcək.
“Braqa” - “Frayburq” 2:1
“Nottingem Forest” - “Aston Villa” 1:0