Komidə (Rusiya) özəl "Mi-8T" helikopterinin sərt enişi nəticəsində 10 nəfər yaralanıb.


Moderator.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.






"Mi-8 helikopterinin sərt enişi zamanı xəsarət alanların sayı artaraq 10-a çatıb", - nazirlikdən qeyd edilib.


Helikopter havaya qalxarkən yana aşıb. Göyərtədə 24 nəfər olub. Helikopter işçiləri Nen Muxtar Dairəsinə çatdırmalı idi.


Hadisə yerində Usinsk yanğın-xilasetmə qarnizonunun bölmələri işləyir. İnsidentin səbəbləri müəyyənləşdirilir.