Avropa ölkələri öz təhlükəsizliklərinə görə daha böyük məsuliyyət daşımalıdır.


Moderator.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin Almaniyadan qoşun çıxarmaq qərarına münasibət bildirərkən deyib.








O qeyd edib ki, Almaniya gələcək missiyalarda Böyük Britaniya, Fransa, İtaliya və Polşanı əhatə edən “Beşlər qrupu” ilə sıx əməkdaşlıq edəcək.


Nazirin sözlərinə görə, ABŞ-ın, Almaniya da daxil olmaqla, Avropadan qoşun çıxarması əvvəlcədən proqnozlaşdırılırdı.


Qeyd edək ki, Pentaqon Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması planını açıqlayıb.