Gəncə-Daşkəsən yolunun Göygöl rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az Teleqraf.az-a istinadla xəbər verir ki, qəza zamanı 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə, 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıb.






Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağırdır.


Faktla bağlı araşdırma başlanılıb.