Alman pilot Niko Hülkenberqin çıxış etdiyi "Audi" komandasına məxsus bolid "Formula-1" üzrə dünya çempionatının dördüncü mərhələsi - Mayami Qran-prisi çərçivəsində sprint yarışından əvvəl yanıb.
 




 
Moderator.az xəbər verir ki, bu barədə "Formula-1"in mətbuat xidməti məlumat yayıb.

 




 



Hadisə start düzülüşünə gedən zaman baş verib. Pilot xəsarət almayıb, lakin sprint yarışında iştirak edə bilməyib.
 
Qeyd edək ki, sprint Bakı vaxtı ilə 20:00-da start götürüb.