Moderator.az xəbər verir ki, günün ilk matçında çempionluğu təmin etmiş “Sabah” səfərdə “Şamaxı”nın qonağı olacaq. Baş hakim Kamal Umudlunun idarə edəcəyi görüş saat 16:00-da start götürəcək.
Günün növbəti matçında isə “Zirə” öz meydanında “Qəbələ”ni qəbul edəcək. FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 18:30-da baş tutacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” isə “İmişli”yə 0:1 hesabı ilə uduzub. Tura mayın 5-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXX tur
3 may
16:00. “Şamaxı” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Şirməmməd Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu
18:30. “Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Zirə İK stadionu