ABŞ Prezidenti Donald Tramp Almaniya ərazisində dislokasiya olunmuş Amerika hərbi kontengentinin sayının əhəmiyyətli dərəcədə azaldılması planları barədə danışıb.
 




Moderator.az xəbər verir ki, Amerika lideri hərbçilərin çıxarılmasını Florida ştatının Vest Palm-Biç şəhərində jurnalistlərlə söhbətində şərh edib.
 
"Biz əhəmiyyətli dərəcədə azaltmağa hazırlaşırıq. 5 min hərbçidən daha çoxunu ixtisar edirik", - Tramp deyib.
 
Daha əvvəl Pentaqondan bildirilmişdi ki, ABŞ növbəti 6-12 ay ərzində Almaniyadan 5 min Amerika hərbi qulluqçusunu çıxaracaq.
 
Bununla belə, Almaniyada əvvəlki kimi 30 mindən çox əsgər qalacaq - yerləşdirilmiş Amerika hərbçilərinin sayına görə bu ölkə dünyada yalnız təxminən 50-55 min hərbi qulluqçunun dislokasiya olunduğu Yaponiyadan geri qalaraq ikinci yeri tutur. /Report/