Türkiyənin Malatya şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. 


Moderator.az xəbər verir ki, sərnişin avtobusunun dərəyə aşması nəticəsində çoxlu sayda insan həyatını itirib.






Hadisə Malatya-Adıyaman magistralında qeydə alınıb.


İlkin məlumatlara görə, hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb. Dəhşətli qəza nəticəsində 4 nəfər hadisə yerindəcə dünyasını dəyişib, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, xilasedicilər və jandarma qüvvələri cəlb olunub.