İtaliya A Seriyasının 35-ci turunda Turin təmsilçisi "Yuventus" "Verona" ilə qarşılaşıb.


Moderator.az xəbər verir ki, Turindəki "Allianz" stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.






Hesabı 34-cü dəqiqədə qonaqların hücumçusu Kiron Boui açıb. İkinci hissədə, 62-ci dəqiqədə Duşan Vlahoviç "Yuventus"un bərabərlik qolunu vurub.


"Verona" 35 oyundan sonra 20 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. "Yuventus" isə 65 xalla dördüncü yerdədir.