Ötən saatlar ərzində Hörmüz boğazından heç bir tanker və ya ticarət gəmisi keçməyib.


Moderator.az xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi bəyanat yayıb.








Bəyanatda ABŞ rəsmilərinin Hörmüz boğazından ABŞ-ın iki ticarət gəmisinin keçidinə dair iddiaları əsassız və yalan adlandırılıb.


“SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən bəyan edilən prinsiplərə zidd hərəkətlər ciddi təhlükə ilə üzləşəcək və qanunu pozan gəmilər saxlanılacaq”, - SEPAH xəbərdarlıq edib.


Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “Azadlıq Layihəsi” əməliyyatı çərçivəsində Hörmüz boğazından ABŞ-a məxsus ticarət gəmilərinin keçdiyini bildirib.