Meksikanın cənub-qərb hissəsində yerləşən Oaxaka şəhəri yaxınlığında 5.8 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.


Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.






Mərkəzin məlumatına əsasən, zəlzələnin episentri 255 min nəfər əhalisi olan Oaxaka şəhərindən 136 kilometr cənub-qərb istiqamətində yerləşib.


Təbiət hadisəsinin ocağı 35 kilometr dərinlikdə formalaşıb. Hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.