Ermənistan Respublikası Baş nazirinin aparat rəhbəri Araik Arutyunyan Fransa Prezidenti Emmanuel Makron tərəfindən "Şərəf Legionu" (3-cü dərəcəli, "Legion Commandeur") ordeni ilə təltif edilib.
 




Moderator.az  xəbər verir ki, bu haqda "Armtimes" nəşri  məlumat yayıb.  
 
Arutyunyan bu barədə sosial media səhifəsində məlumat verib və yazıb:
 
"Ölkəmizin böyük dostu və müttəfiqi olan Fransadan belə bir medal almaq böyük şərəfdir."
 
Zəruri arayış:
 
"Şərəf Legionu” ordeni 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan "Şərəf Legionu” ordeninin 5 dərəcəsi vardır. Fransa  və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən "Şərəf Legionu” ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülüb.
 
S.Laçın