Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib.


Moderator.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda “Beşiktaş” öz meydanında “Konyaspor”u qəbul edib.








Gərgin keçən qarşılaşmanın taleyini bir qol həll edib. Enis Bardhi 90+8-ci dəqiqədə vurduğu qolla qonaqlara minimalhesablı qələbə qazandırıb.


Qeyd edək ki, “Konyaspor” finalda “Gənclərbirliyi” – “Trabzonspor” cütünün qalibi ilə üz-üzə gələcək.