Azərbaycanın qarışıq döyüş növləri ustası Fərman Həsənov dünyanın ən nüfuzlu MMA təşkilatı olan UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) ilə müqavilə imzalayıb.
 




Moderator.az xəbər verir ki, idmançımızın dünyanın ən böyük oktaqonunda ilk çıxışının məhz Bakıda təşkil olunacaq möhtəşəm turnirdə baş tutacağı gözlənilir.
 
Bununla da UFC-də azərbaycanlı döyüşçülərimizin sayı dördə yüksəlib.
 
Qeyd edək ki, "UFC Fight Night Baku" iyunun 27-də, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq.