İsrail və Livan nümayəndələri arasında danışıqların üçüncü raundu növbəti həftə Vaşinqtonda keçiriləcək.


Moderator.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.






Livanın LBCI telekanalının məlumatına görə, danışıqlarda Livanın ABŞ-dəkı səfiri Nada Hammade-Muavvad, livanlı diplomat Saymon Karam və Livan Silahlı Qüvvələrinin nümayəndəsi iştirak edəcək.


Qeyd olunub ki, məsləhətləşmələr iki gün ərzində - ya çərşənbə və cümə axşamı, ya da cümə axşamı və cümə günü keçiriləcək.