Sabah bu gün eşidəcəyimiz şeylərdən asılıdır.


Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski 9 May Paradı ilə bağlı son açıqlamasında deyib.






Zelenski qeyd edib ki, Ukrayna Rusiyanın əvvəlki hava hücumlarına cavab verib: “Dünən biz Rusiya Federasiyasının hava hücumlarına cavab verdik”.


O vurğulayıb ki, gələcək addımlar qarşı tərəfin davranışından asılı olacaq.


“Biz tamamilə “güzgü prinsipi” ilə hərəkət edəcəyik”, - Ukrayna lideri əlavə edib.


Qeyd edək ki, Rusiya mayın 8-dən 10-dək atəşkəs elan edib.