NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton yaxın vaxtlarda Azərbaycana səfər edəcək.


Moderator.az xəbər verir ki, bu barədə "Report"a NATO-nun rəsmi nümayəndəsi məlumat verib.






Hazırda Hamilton vəzifəsinin icrasına başladıqdan sonra regiona planlaşdırılan ikinci səfəri çərçivəsində Gürcüstandadır. O, bundan əvvəl - aprel ayında Ermənistanda səfərdə olub.


NATO-dan bildirilib ki, Hamiltonun fəaliyyəti alyansın "strateji əhəmiyyətli region" adlandırdığı Cənubi Qafqaz ölkələri ilə dialoq və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.