Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan-Rusiya münasibətlərində böhran görmür.


Moderator.az-ın məlumatına görə, Qriqoryan bunu jurnalistlərə bildirib.








Qriqoryan qeyd edib ki, Ermənistan-Rusiya münasibətlərinin geniş gündəliyi var: “Bu mənada, bütün münasibətlər spektrini nəzərə alsaq, bəzi yerlərdə problemlər ola bilər, amma ümumilikdə münasibətlərdə böhran görmürəm”.