Macarıstan parlamenti "Tisa" partiyasının lideri Peter Madyarın ölkənin Baş naziri postuna namizədliyini təsdiqləyib.


Moderator.az xəbər verir ki, bu barədə Macarıstan mediası məlumat yayıb.






Ümumilikdə 199 parlament üzvündən 195-i səsvermədə iştirak edib: 140 nəfər lehinə, 54 nəfər əleyhinə səs verib, 1 deputat isə bitərəf qalıb.


Bu vəzifədə Madyar 2010-cu ildən bəri Baş nazir olan Viktor Orbanı əvəz edib.