Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az APA-ya istinadən xəbər verir ki, “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.
 
İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.