Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az APA-ya istinadən xəbər verir ki, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, “KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
 
Faktla bağlı araşdırma aparılır.