"Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur"
10 May 2026, 13:25 3 baxış 1 dəq oxuma
"Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik".
Moderator.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə deyib.
Dövlətimizin başçısı qeyd edib: “Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik”.