Tərtərdə azyaşlı binadan yıxılıb.
 




Moderator.az-ın əldə etdiyi xəbərə görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
 
2 yaşlı Murad Elman oğlu Abbaslı yaşadığı 4-cü mərtəbədəki evin eyvanında ehtiyatsızlıqdan yıxılıb. Uşaq xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
 
Araşdırma aparılır.