Azərbaycan 2-ci liqasında 26-cı tur davam edir.


Moderator.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.






Lider "Xankəndi" "Şirvan"la, 2-ci yerdəki "Qaradağ Lökbatan" isə "Quba" ilə qarşılaşacaq. Sözügedən görüşlərlə sona 1 tur qalmış liqada çempion müəyyənləşə bilər.


Hazırda "Xankəndi"nin 70, "Qaradağ Lökbatan"ın 67 xalı var. "Qaradağ Lökbatan" uduzacağı halda "Xankəndi"yə 1 xal da bəs edəcək. Əgər 2-ci yerdəki komanda heç-heçə edərsə, lider kollektivə çempionluğu rəsmiləşdirmək üçün qələbə lazım olacaq. Lakin hər iki komanda uduzsa, heç-heçə etsə və ya qələbə qazansa, çempionluğun taleyi son tura qalacaq. 


11 may (bazar ertəsi)


“Xankəndi” – “Şirvan”

Şamaxı OİK sadionu


“Qaradağ Lökbatan” – “Quba”

Lökbatan OİK stadionu


12 may (çərşənbə axşamı)


“Dinamo” – “Şəmkir”


10 may (şənbə)


“Araz Saatlı” - “Ağstafa Gəncləri” - 3:0


“Şəki Siti” - “Göygöl” - 1:2


“Ağdaş” - “Kür-Araz” - 2:1