Şəmkir rayonunda kişi bazarda ölüb.


Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 1964-cü il təvəllüdlü Fərman Məmmədovun bazar ərazisində qəfil halı pisləşib.






Hadisə yerinə təcili yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.