Səhər saatlarında Sabirabadda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO
12 May 2026, 08:38 3 baxış 1 dəq oxuma
Sabirabadda zəncirvari qəza olub.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.
Belə ki, "Mercedes Vito" mikroavtobusunun, VAZ-2109, "Opel" və "QAZel" avtomobillərinin toqquşması ilə baş verən qəzada bir nəfər ölüb, beş nəfər xəsarət alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.