İri istehlakçılar üçün illik qaz sərfiyyatının həddi müəyyən edildi
12 May 2026, 12:53 27 baxış 1 dəq oxuma
Nazirlər Kabineti qaz təchizatı sahəsində tənzimləməni təmin etmək məqsədilə iri istehlakçılar üçün illik qaz sərfiyyatının minimal həddini müəyyən edib.
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, iri istehlakçılar üçün illik qaz sərfiyyatının həddi 300 000 000 (üç yüz milyon) kubmetr və ondan yuxarı müəyyən edilib.