Bu gün 2025/26 mövsümü futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.


Moderator.az xəbər verir ki, həlledici matçda artıq Azərbaycan çempionu adını təmin edən “Sabah”la “Zirə” üz-üzə gələcək. Matçı FİFA referisi Elçin Məsiyev idarə edəcək.






“Sabah” kubokun son qalibidir, “Zirə” isə bunadək 2 dəfə finala vəsiqə əldə etsə də, kuboku qazana bilməyib. 


Azərbaycan kubokunun budəfəki final matçı Bakıda “Palms Sports Arena”da keçiriləcək.


13 may (çərşənbə)


20:00. “Sabah” - “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev

Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə

VAR: Tural Qurbanov

AVAR: Rəhman İmami

“Palms Sports Arena”