Bu gün Türkiyə Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
 




Moderator.az xəbər verir ki, “Gençlerbirliyi” doğma meydanda “Trabzonspor”u qəbul edəcək.
 
Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
 
“Trabzonspor” səfərdə qalib gələrək finala yüksəlməyə çalışacaq. “Gençlerbirliyi” isə doğma meydanda favorit rəqibini mübarizədən kənarlaşdırmaq niyyətindədir.
 
Qeyd edək ki, yarımfinalın digər oyununda "Konyaspor" səfərdə "Beşiktaş"ı (0:1) məğlub edərək finala yüksəlib.