Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev vəzifəsindən azad edilib.
 




Moderator.az-ın məlumatına görə, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmr imzalayıb. Sədrin əmri ilə M.Musayev tutduğu vəzifədən azad olunub.
 
Məlumata görə, M.Musayev öz ərizəsi ilə işdən çıxıb.