Evika Silinya Latviyanın baş naziri vəzifəsindən istefa verib.
 




Moderator.az bu barədə "Sputnik Latviya" nəşrinə istinadən xəbər verir.
 
Baş nazirin parlament qarşısında bəyanatla çıxış etməsi ehtimal edilsə də, o bunun əvəzinə Nazirlər Kabinetində mətbuat konfransı keçirib.
 
Qeyd edək ki, baş nazir Ukrayna PUA-larının (Pilotsuz Uçuş Aparatları - dron) Latviyada düşməsi ilə bağlı insident fonunda ölkənin müdafiə naziri Andris Sprudsun istefasından sonra postundan getdiyini açıqlayıb.