Azərbaycan Texnologiya Universitetinin professoru dünyasını dəyişib.
 




Moderator.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
 
Fizika-riyaziyyat elmləri doktoru, professor Şəmsəddin Mütəllimov vəfat edib. 
 
Ümumi və Tətbiqi Riyaziyyat kafedrasının sabiq professoru Ş. Mütəllimov 1979-cu ildən Azərbaycan Texnologiya Universitetində əmək fəaliyyətinə başlayıb, baş müəllim, dosent, kafedra müdiri, dekan və rektor vəzifələrində çalışıb.